Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: “Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir”

    Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku təbrik edib

    Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev  Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku təbrik edib. 

    "Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

    "Hörmətli cənab Prezident,

    Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Ötən ay Avropa İttifaqı və Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara başlanılması məqsədilə Sizin dəvətiniz əsasında Brüsselə səfərimi, eləcə də səfər zamanı Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini məmnuniyyətlə xatırlayıram.

    Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafına, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyiniz dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm.

    Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübut etmişdir.

    İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

    Hörmətli cənab Prezident, Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul və şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi