Hulusi Akar Azərbaycana gəlib

Hulusi Akar Azərbaycana gəlib Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.
Xarici siyasət
4 Oktyabr , 2022 16:29
Hulusi Akar Azərbaycana gəlib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

H.Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Atilla Gülan və başqa yüksək rütbəli zabitlər müşaiyət edir.

H.Akarı hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

Daha sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.

Son xəbərlər

Orphus sistemi