Hindistanın "dəmir ledi"sinin vəfatı ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Hindistanın "dəmir ledi"sinin vəfatı ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib Hindistanda beşgünlük matəm elan olunub
Xarici siyasət
6 Dekabr , 2016 17:24
Hindistanın dəmir ledisinin vəfatı ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Hindistanın Tamilnadu ştatının Baş naziri Cayaram Cayalalitanın vəfat etməsi ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomatik nümayəndəlikdə xatirə kitabı da açılıb.

Qeyd edək ki, C.Cayalalita Hindistanda tanınmış siyasi xadim olub. Xarakterinə görə "dəmir ledi" ləqəbi alan C.Cayalalita dekabrın 5-də vəfat edib. Ölümə ürək dayanması səbəb olub. Bununla əlaqədar ölkə daxilində beşgünlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi