Hindistanın Azərbaycandakı səfiri: “2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı İTEC proqramında iştirak edib” - FOTO

Hindistanın Azərbaycandakı səfiri: “2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı İTEC proqramında iştirak edib” - FOTO Səfir Sanjay Rana İTEC proqramının azərbaycanlı məzunları ilə görüşüb
Xarici siyasət
18 Dekabr , 2016 20:28
Hindistanın Azərbaycandakı səfiri: “2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı İTEC proqramında iştirak edib” - FOTO

Bakı. 18 dekabr. REPORT.AZ/ Hindistanın Texniki İqtisadi Əməkdaşlıq (İTEC) proqramının azərbaycanlı məzunları Hindistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir araya gəliblər.

Hindistan Səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə bu proqram çərçivəsində Hindistanda təlim kurslarında iştirak etmiş müxtəlif dövlət qurumlarının rəsmiləri, peşəkarlar və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana bildirib ki, İTEC proqramı Hindistan hökuməti tərəfindən müxtəlif sahələrdə öz inkişaf təcrübəsini və biliyini Azərbaycan kimi beynəlxalq tərəfdaşlarla bölüşmək məqsədilə 1964-cü ilin sentyabrından etibarən həyata keçirilir. Proqramın üç mühüm tərkib hissəsi var ki, bunlar texniki yardımın çatdırılması, texnologiyanın ötürülməsi və təlim və biliklərin qazanılmasıdır.

Səfir qeyd edib ki, Azərbaycana İTEC proqramında hər il 15 yer ayrılır. 2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı nümayəndə İTEC proqramı çərçivəsində Hindistanda müxtəlif kurslarda iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov tədbirdə qeyd edib ki, dövlət agentliyinin bir sıra əməkdaşları “Külək turbin texnologiyası və tətbiqi” mövzusunda ITEC proqramları çərçivəsində təşkil edilən təcrübə proqramlarında və seminarlarda iştirak edib.

Son xəbərlər

Orphus sistemi