Hikmət Mirzəyev türkiyəli həmkarı ilə tərəfdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə tərəfdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİBAzərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu ilə görüşüb.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib.
Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
11:20
Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları komandanı general Selçuk Bayraktaroğlu ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" rəsmi sosial media hesabında məlumat yayıb.
Azerbaycan Savunma Bakan Yardımcısı ve Kara Kuvvetleri Komutanı Korgeneral Hikmet Mirzeyev, 23 Ocak 2025 tarihinde Kara Kuvvetleri Komutanı Orgeneral Selçuk Bayraktaroğlu'nu makamında ziyaret etti. #MillîSavunmaBakanlığıpic.twitter.com/fsDcIONa3w