Bakı. 14 noyabr. REPORT.AZ/ Parisdə törədilən terror aktları ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin təhlükəsizlik tədbirləri gücləndirilib.
Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN rəsmisi əlavə edib ki, zəruri hallarda Fransada olan Azərbaycan vətəndaşları Azərbaycanın Parisdəki səfirliyi ilə əlaqə saxlaya bilərlər.