"Müstəqillik qazandıqdan sonra Azərbaycanın investisiya qoyuluşuna ehtiyacı var idi. Xarici kapitalın cəlb edilməsi ölkənin dəyişməsinə imkan yaratdı".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü münasibətilə keçirilən seminarda deyib.
"Azərbaycan "Əsrin müqaviləsi"ni imzalayan xarici şirkətlər üçün tam şəffaflıq təmin edib", - o bildirib.
Onun sözlərinə görə, ölkə resurslardan infrastrukturun yaxşılaşdırılması üçün tam istifadə edib, onları insan kapitalının inkişafına yönəldib və bu da ölkənin davamlı inkişafına imkan yaradıb: "Bundan əlavə, "Əsrin müqaviləsi" Azərbaycanın enerji diplomatiyasının əsasını qoyub".
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.
2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (