Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin dekabrın 12-13-də Azərbaycanda səfərdə olacaq.
“Report” qubernatorun mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaq hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Həmçinin vilayət başçısı Bakıda Həştərxan işgüzar mərkəzinin tikintisi ilə tanış olacaq, Bakı-Həştərxan dostluq parkına baş çəkəcək.
Bundan əlavə, İ.Babuşkin
Danışıqlar zamanı iqtisadi-ticarət əməkdaşlığın və nəqliyyat əlaqələrinin genişləndirilməsi, turizm, təhsil, mədəniyyət sahələrində təmasların artırılması kimi məsələlər müzakirə olunacaq.