ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu ““Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanın Xəzər və Qara dəniz hövzələri ölkələri ilə əməkdaşlığında rolu” sərlövhəli məqalə yerləşdirilib.
Bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
İngilis və rus dillərində çap edilən məqalədə Azərbaycanın son 15 ilin inkişaf mərhələsində təkcə
Müəllif vurğulayır ki, Azərbaycan regionda iri beynəlxalq layihələrin həyata keçirilməsində lokomotiv rolunu oynayır. Bu layihələr vasitəsilə Azərbaycan hökuməti, demək olar ki, bütün bölgənin infrastruktur xəritəsini dəyişir. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində iştirakı çoxtərəfli xarakter daşıyır. Bu böyük layihənin əsas iştirakçılarından biri olaraq Azərbaycan əsas və kommunikativ funksiyanı yerinə yetirir. Bununla da Azərbaycan Cənubi Qafqazda geosiyasi mərkəz olaraq yalnız “Qərb-Şərq” və “Şimal-Cənub” marşrutlarının kəsişməsində coğrafi deyil, eyni zamanda regional və beynəlxalq geosiyasi, geoiqtisadi, geomədəni strukturların üzvü kimi, Qərb ilə Şərq arasında körpülər qurmaq üçün nəzərdə tutulmuş bir sıra layihələr çərçivəsində fəaliyyət göstərir. Şübhəsiz ki, belə bir layihə çərçivəsində “Bir kəmər, bir yol” xüsusi yer tutur.
Bildirilir ki, Azərbaycan Prezidenti
Müəllif qeyd edir ki, rəsmi Bakı üçün “Bir kəmər, bir yol” təşəbbüsü üç aspektdə cəlbedicidir: 1) ölkələr və bölgələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə bilər; 2) bu təşəbbüs geniş geosiyasi məkanda təhlükəsizlik sisteminin gücləndirilməsinə mühüm töhfə verə bilər; 3) “Bir kəmər, bir yol” mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin möhkəmlənməsinə və inkişaf etdirilməsinə, xalqlar arasında əlaqə yaratmağa xidmət edə bilər.
Məqalədə daha sonra Azərbaycanın regionda rolu təhlil edilir. Ölkəmizin Xəzər və Qara dəniz hövzələri ölkələri ilə əməkdaşlığında rolu barədə də geniş fikirlər vurğulanır.