Hazırda Qarabağ dirçəlir və bu, bizim ruhumuza rahatlıq verir.
“Report”un məlumatına görə, bunu Qarabağa səyahət edən Gürcüstandan olan səyyah Lətif Əhmədov deyib.
Onun sözlərinə görə, səyyahlar səfər zamanı 30 il işğal altında qalan Azərbaycan torpaqlarında törədilən dağıntıların şahidi olublar:
“Nə qədər evlər dağılıb, yuvalar viran qoyulub. Günahsız uşaqlar, qocalar öldürülüb. Gəlib görsünlər ki, Azərbaycan xalqının heç bir günahı olmayıb. Ömür boyu qəlbim Qarabağla döyünüb. Hazırda Qarabağ dirçəlir. Bu, bizim ruhumuza rahatlıq verir”.
Qarabağa səyahət edən digər gürcüstanlı səyyah Bafəli Adıgözəlov isə deyib ki, o, Gürcüstanın Marneuli rayonundan gəlib.
"Çoxdankı arzumuz idi ki, Qarabağ işğaldan azad olunsun və biz bura səyahət edək. Bu torpaqlara səyahət etdiyim üçün sevincliyəm. Gürcüstanda yaşayan azərbaycanlılar müharibənin hər dəqiqəsini izləyirdilər. İlk dəfədir Qarabağa gəlirəm. Çox sevincliyəm. Mən Azərbaycan dövlətinə təşəkkür edirəm ki, bizə bu hissi yaşatdı. Qarabağın hər yerini gəzmək istəyirəm, çünki hər tərəfi gəzməli, görməlidir".