Gürcüstandan Azərbaycana növbəti təxliyə başa çatıb

Gürcüstandan Azərbaycana növbəti təxliyə başa çatıb Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.
Xarici siyasət
572
14 Sentyabr , 2020 12:55
Gürcüstandan Azərbaycana növbəti təxliyə başa çatıb
0 : 00
0 : 00

Gürcüstandan Azərbaycana daha 350 nəfərin təxliyə prosesi yekunlaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının nəzarəti ilə təxliyə olunanların növbəli şəkildə Azərbaycan ərazisinə daxil olmaları təmin edilib.

10:05

Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, onların ötən gün koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ çıxıb.

Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə olunanlar hazırda Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı təqdim olunandan sonra onlar avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxs təxliyə olunub.

 

Son xəbərlər

Orphus sistemi