Azərbaycanda olan Gürcüstan vətəndaşlarının ölkə ərazisində müvəqqəti qeydiyyat müddətini uzatmaq imkanları var.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan ərazisində 15 gündən çox (maksimum 90 gün) qalmaq istəyən xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs müvəqqəti ünvanda qeydiyyatdan keçməlidir. Müddəti pozduqda 300 manatdan 400 manata qədər cərimə tətbiq edilir.
Dünyadakı mövcud vəziyyəti və koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirləri nəzərə alaraq, müvəqqəti qeydiyyat vaxtını uzatmaq istəyən vətəndaşlar, elektron qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Bunun üçün müraciət edən şəxslər Xidmətin