Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.
“Report.ge” Gürcüstan siyasətçilərinin dost ölkəni Respublika Günü münasibətilə təbrik etdiyi videoçarx hazırlayıb.
Xatırladaq ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası ölkənin müstəqilliyini elan edib.
Müstəqillik Bəyannaməsi Tbilisidə imzalanıb. Sənədə əsasən, Azərbaycan qonşu ölkələr və xalqlar ilə dostluq əlaqələri qurub, Azərbaycan Xalq Cümhuriyyəti milli, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına vətəndaşlıq və siyasi hüquqlar təmin edib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olub.
1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.
Sovet İttifaqı dağılandan sonra Azərbaycan 1991-ci ildə növbəti dəfə müstəqilliyini elan edib.