Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevə başsağlığı verib

Xarici siyasət
  • 06 dekabr, 2015
  • 11:54
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 6-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gürcüstan Prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

44 filmi