Türkiyə və Gürcüstan parlamentinin üzvlərinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

Türkiyə və Gürcüstan parlamentinin üzvlərinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB Gürcüstan parlamentinin nümayəndə heyətinin Azərbaycan səfəri başlayıb.
Xarici siyasət
15 İyul , 2019 14:08
Türkiyə və Gürcüstan parlamentinin üzvlərinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

Gürcüstan parlamentinin nümayəndə heyətinin Azərbaycan səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Nümayəndə heyəti azərbaycanlı və türkiyəli həmkarları ilə birgə Şəhidlər xiyabanı və Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Deputatlar həmçinin ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarssı dostluq qrupunun üzvləri ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinə Gürcüstanın qanunverici orqanının Xarici əlaqələr üzrə Komitəsinin sədri Sofo Katsarava, Gürcüstan-Azərbaycan parlamentlərarssı dostluq qrupunun rəhbəri Zviad Dzidziquri və Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir.

Gürcü deputatlar Bakıda keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcəklər. 


*** 12:59

Gürcüstan parlamentinin nümayəndə heyəti iyulun 15-16-da Azərbaycanda səfərdə olacaq. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının Mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə parlamentin Xarici əlaqələr üzrə Komitəsinin sədri Sofo Katsarava rəhbərlik edəcək.

Gürcü deputatlar Bakıda keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcəklər. Toplantıda üçtərəfli əməkdaşlıq üzrə əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Nümayəndə heyəti həmçinin Milli Məclis sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarssı dostluq qrupunun üzvləri ilə görüş keçirəcək.

Görüşlərin əsas mövzusu Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və sıx dostluq münasibətləri olacaq.

Nümayəndə heyətinə Gürcüstan-Azərbaycan parlamentlərarssı dostluq qrupunun rəhbəri Zviad Dzidziquri və Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir. 

Son xəbərlər

Orphus sistemi