Gürcüstan ədliyyə sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Gürcüstan ədliyyə sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır Tbilisi.7 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 7-də bu ölkənin ədliyyə naziri xanım Tea Tsulukiani ilə...
Xarici siyasət
7 Fevral , 2017 18:30
Gürcüstan ədliyyə sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Tbilisi.7 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 7-də bu ölkənin ədliyyə naziri xanım Tea Tsulukiani ilə görüşüb.

Səfirlikdən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, Tea Tsulukiani Dursun Həsənovu yeni təyinati münasibəti ilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir yaxın günlərdə Azərbaycana səfər edəcəyini, qarşılıqlı səfərlərin dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. T.Tsulukiani Azərbaycana xüsusi hörmət və ehtiramının olduğunu diqqətə çatdırıb, ölkəmizin beynəlxalq təşkilatlarda daim dəstəklənməsində, ədliyyə sahəsində əlaqələrin inkişafı istiqamətində müvafiq işlərin görülməsində, təcrübə mübadiləsinin aparılmasında kömək göstərməyə hazır olduğunu bildirib.

D.Həsənov iki dövlət və xalqlar arasında yüksək səviyyəli daim inkişaf edən əlaqələrdən danışıb, dostluq və qardaşlığa söykənən tarixi bağlılığı olan əlaqələrin bundan sonra da daha da dərinləşəcəyinə əmin olduğunu söyləyib.

Sonra görüşdə ölkələrimiz arasında ədliyyə sahəsində əlaqələrin inkişaf perspektivləri, penitensiar, notarial və digər ədliyyə sahələri, eləcə də ədliyyə akademiyaları arasında birbaşa əlaqələrin qurulması imkanlarını, təcrübə mübadilələrinin aparılması, müqavilə hüquq bazasının zənginləşdirilməsi və s məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi