Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Xarici siyasət
- 13 noyabr, 2019
- 13:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidəçilər göndərəcək.
Bunu “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan MSK-dan artıq dəvət alıb: “Gürcüstan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Azərbaycandakı bələdiyyə seçkilərini mütləq müşahidə edəcəklər. Azərbaycana neçə müşahidəçinin göndəriləcəyi barədə hələlik qərar qəbul edilməyib”.
Qeyd edək ki, ötən gün Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bələdiyyə seçkilərində müşahidəçilərin iştirakı ilə bağlı 15 ölkənin MSK-sına dəvətlər göndərildiyini bildirib.
Son xəbərlər
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət
23:17
Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik
Xarici siyasət
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət