GUAM-ın baş katibi Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkiliylə görüşüb

GUAM-ın baş katibi Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkiliylə görüşüb Tərəflər Azərbaycanın GUAM və GUAM PA-dakı sədrliyinin vacibliyini qeyd edib
Xarici siyasət
22 Yanvar , 2016 17:47
GUAM-ın baş katibi Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkiliylə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfirliyində səfirliyin müvəqqəti işlər vəkili Nazim Əliyev və GUAM-ın baş katibi Altay Əfəndiyev arasında görüş keçirilib.

"Report"un məlumatına görə, görüş zamanı tərəflər GUAM-a üzv ölkələrin əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Tərəflər Azərbaycanın GUAM və GUAM Parlament Assambleyasındakı sədrliyinin vacibliyini qeyd ediblər və sədrliyin proqramlarının uğurla həyata keçirilməsi üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Azərbaycanın sədrliyinin GUAM ölkələrinin əməkdaşlığına yeni təkan verəcəyinə əminliklərini bildirən tərəflər təşkilatın beynəlxalq əməkdaşlıqlarının da artacağına inandıqlarını söyləyib.

Nazim Əliyev həmçinin Azərbaycanın sədrliyi dövründə səfirliyin hərtərəfli yardım göstərəcəyini GUAM-ın baş katibinin diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi