GUAM-a sədrlik Ukraynaya keçib

GUAM-a sədrlik Ukraynaya keçib Bakı. 7 dekabr. REPORT.AZ/ Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda (GUAM) sədrliyi Ukraynaya verib.
Xarici siyasət
7 Dekabr , 2018 10:06
GUAM-a sədrlik Ukraynaya keçib
Report
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda (GUAM) sədrliyi Ukraynaya verib.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

"GUAM çərçivəsində mövcud olan ənənə, konsensus əsasında işləmək təşkilata üzv dövlətlərə həm regional, həm də beynəlxalq səviyyədə məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə imkan verəcək", - Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında deyilir.

Moldova XİN başçısı Tudor Ulyanovski ukraynalı həmkarlarına uğurlar arzulayaraq, GUAM-ın üzv ölkələr və onların vətəndaşlarının maraqları naminə əməkdaşlığı möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Son xəbərlər

Orphus sistemi