"Ermənistan Rusiyanın KTMT missiyası yerləşdirmək təklifinə imtina ilə cavab verərək Azərbaycanla şərti sərhəddə yerləşdirilən Avropa İttifaqının müvəqqəti missiyasının tərkibini və mümkün əhatə dairəsini artırmaq məqsədilə yardım üçün Avropaya üz tutdu”.
“Report” xəbər verir ki, bunu “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının yerləşdirilməsinin mümkün planı ilə bağlı bəyanatını “Baku TV”yə şərh edərkən deyib.
“Lavrov göstərmək istəyir ki, Rusiya həm müttəfiqlik münasibətlərində, həm də KTMT çərçivəsində Ermənistanın müdafiəsinə sadiq qalır. Amma burada məsələ artıq Ermənistan və onun razılığı ilə bağlı deyil, hər şey Aİ-nin razılığı ilə olacaq”, - agentliyin direktoru bildirib.
O, vurğulayıb ki, Lavrovun KTMT missiyasının Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirilməsi təklifi reallaşmaq imkanını itirib.
“Çünki Aİ Rusiya müşahidəçilərinin və ya tərkibi böyük çoxluqla elə Rusiyanın özündən olacaq KTMT missiyasının yaxınlıqda olmasına imkan verməyəcək. Belə ki, hər şərti 50 müşahidəçiyə KTMT üzvü olan digər ölkələrdən maksimum 1-2 nümayəndə düşəcək. Rusiyanın Qərblə mürəkkəb münasibətlərini nəzərə alsaq, Lavrovun təklifinin reallaşması mümkün deyil”, - Fuad Hüseynəliyev qeyd edib.