Fransua Olland Prezident İlham Əliyevi təbrik edib

Fransua Olland Prezident İlham Əliyevi təbrik edib Fransa prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyim var”
Xarici siyasət
24 Dekabr , 2016 13:15
Fransua Olland Prezident İlham Əliyevi təbrik edib

Bakı. 24 dekabr.REPORT.AZ/ Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək dərinləşən və inkişaf edən ikitərəfli əlaqələrimizin əhəmiyyətini vurğulamaqdan məmnunluğumu bildirirəm. Mən, həmçinin əldə etdiyimiz gözəl nailiyyətlərə görə sevinirəm. Sizin böyük dəstəyinizlə bu il sentyabrın 15-də Bakıda açılan Fransız–Azərbaycan Universiteti buna bir nümunədir.

Sonda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyimin olduğunu bir daha diqqətinizə çatdırıram.

Cənab Prezident, Sizə bəslədiyim çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi