Fransa səfiri Azərbaycana başsağlığı verib

Fransa səfiri Azərbaycana başsağlığı verib “Bu səhər Tehrandakı Azərbaycam səfirliyinə edilən hücumdan kədərləndim”.
Xarici siyasət
27 Yanvar , 2023 13:32
Fransa səfiri Azərbaycana başsağlığı verib

“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan kədərləndim”.

“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon tviterdə yazıb.

O, Azərbaycan xalqına, Xarici İşlər Nazirliyindən çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi