Yuxarı

Fransa prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Bakı. 24 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland bu gün Azərbaycana işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransua Ollandı hava limanında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi