FHN-in amfibiya təyyarəsinin təlimatçısı: "Yanğınlar bitənədək Türkiyədə olacağıq"

FHN-in amfibiya təyyarəsinin təlimatçısı: "Yanğınlar bitənədək Türkiyədə olacağıq" “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi üçün Türkiyəyə, Dalama aerpoportuna yola düşürük. Biz həmin ərazilərdə işləyəcəyik.
Xarici siyasət
5 Avqust , 2021 07:05
FHN-in amfibiya təyyarəsinin təlimatçısı: Yanğınlar bitənədək Türkiyədə olacağıq
Cavid Qəhrəmanov

“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi üçün Türkiyəyə, Dalama aerpoportuna yola düşürük. Biz həmin ərazilərdə işləyəcəyik".

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün H.Əliyev adına Beynəlxalq Hava Limanından yola düşən "BE-200ÇS" tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov deyib.

O qeyd edib ki, bir müddət Dalamanda yanğınların söndürülməsi ilə mübarizə aparacaqlar: "Texniki baxış üçün bir günlük Azərbaycana qayıtdıq. Və şəxsən prezidentin tapşırığı ilə yenidən ora qayıdırıq. Biz yanğının söndürülməsinə qədər orada işləyəcəyik”.

Cavid Qəhrəmanov deyib ki, Azərbaycandan yola salınan növbəti qrup hələlik Dalaman ərazisində yanğınların söndürülməsində iştirak edəcək: "Gələcəkdə yanğının miqyasından asılı olaraq ola bilsin, istiqamətlərimiz dəyişdirilsin. Biz hər vəziyyətə hazırıq".

"BE-200ÇS" tipli amfibiya təyyarəsi 20-25 saniyə ərzində 12 ton su götürür. Yanğın ərazisinə su 50 metrdən tökülür. Siz onun effektinin necə olduğunu bilirsiniz. Biz Azərbaycanda və digər ölkələrdə ondan istifadə etmişik. Hər yerdə yanğınların söndürülməsi işi uğurla başa çatıb", - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu bu gün Türkiyəyə yola düşüb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, FHN-in müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

Son xəbərlər

Orphus sistemi