Fərid Şəfiyev: Türk Dövlətləri Təşkilatında hərbi və təhlükəsizlik sahəsində də işlər aparılmalıdır

Fərid Şəfiyev: Türk Dövlətləri Təşkilatında hərbi və təhlükəsizlik sahəsində də işlər aparılmalıdır Türk Dövlətləri Təşkilatı dünyada gedən mürəkkəb geosiyasi hadisələr baxımdan dövrün çağırışlarına lazımi cavab vermək, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün mühüm rol oynayır.
Xarici siyasət
3 Oktyabr , 2024 14:55
Fərid Şəfiyev: Türk Dövlətləri Təşkilatında hərbi və təhlükəsizlik sahəsində də işlər aparılmalıdır

Türk Dövlətləri Təşkilatında nəinki iqtisadi və humanitar, hətta hərbi və təhlükəsizlik sahəsində də işlər aparılmalıdır.

Türk Dövlətləri Təşkilatı dünyada gedən mürəkkəb geosiyasi hadisələr fonunda dövrün çağırışlarına lazımi cavab verilməsi, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün mühüm rol oynayır.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) böyük əhəmiyyət verir:

"Prezident öz çıxışlarında vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir. Bu təşkilat çərçivəsində nəinki iqtisadi və humanitar, hətta hərbi və təhlükəsizlik sahəsində də müvafiq işlər aparılmalıdır. Biz görürük ki, dövlət başçısının qeyd etdiyi kimi, bu illər ərzində türk dövlətləri arasında birləşmə prosesi baş verir. Artıq İstanbulda müvafiq qərargah fəaliyyət göstərir. Bakı, Astarada, Daşkənd və digər şəhərlərdə bu təşkilatın strukturları yaradılıb”.

BMTM sədri qeyd edib ki, TDT üçün Naxçıvan sazişi ilə başlayan mühüm dövrün ötən 15 ilində böyük inkişaf müşahidə edilir:

“Belə ki, Türk Şurası kimi fəaliyyətə başlayan qurum artıq beynəlxalq təşkilata çevrilib. Görürük ki, Özbəkistan, Qazaxıstan və Azərbaycan birgə təlimlər keçirir. Türk dövlətləri birgə fəaliyyətlə hərbi sənayenin inkişaf etdirilməsinə də çalışırlar.

Türk Dövlətləri Təşkilatı dünyada gedən mürəkkəb geosiyasi hadisələr fonunda dövrün çağırışlarına lazımi cavab verilməsi, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün mühüm rol oynayır”.

Onun sözlərinə görə, türkdilli ölkələrin ortaq əlifbasının yaradılması istiqamətində işlər tamamlanıb:

"Türkdilli ölkələrdə vaxtilə ərəb, latın, kiril əlifbaları işlənib. Orta Asiya dövlətləri hələ də kiril əlifbasından istifadə edir. Elə bu məqsədlə latın əlifbası əsasında ortaq, vahid əlifba yaratmaq qərara alındı və artıq bu istiqamətdə iş tamamlanıb.

Bundan başqa, gələcəkdə ölkələrarası tələbə mübadiləsi layihəsinin icrası da müzakirə olunur. Bildiyimiz kimi, Avropada “Enactus” proqramı var. Türk Dövlətləri Təşkilatını əhatə edən ölkələr də buna bənzər proqram yaratmaq istəyirlər. Bu proqramla gənclər bir-birlərinin mətnlərini, ədəbiyyatını oxuya biləcək. Ümumilikdə bütün bu tədbirləri həyata keçirməkdə əsas məqsəd türk birliyinin möhkəmləndirilməsidir”.

Son xəbərlər

Orphus sistemi