Fərid Şəfiyev Paşinyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edib

Fərid Şəfiyev Paşinyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edib Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışını və Azərbaycanla bağlı ittihamlarını şərh edib.
Xarici siyasət
24 Sentyabr , 2022 11:25
Fərid Şəfiyev Paşinyanın BMT Baş Assambleyasındakı çıxışını şərh edib
Fərid Şəfiyev və Nikol Paşinyan

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışını və Azərbaycanla bağlı ittihamlarını şərh edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, F.Şəfiyev bildirib:

"Aşağıda sadaladığım faktlar sübut edir ki, Ermənistan Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkməyib və ölkəmiz əleyhinə əsassız iddialar irəli sürür:

1. Ermənistan 1993-2020-ci illərdə Azərbaycan torpaqlarını işğal edib və bu fakt Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 2015-ci ildə bir daha təsdiqlənib.

2. Bu ölkə hələ də Azərbaycanın Qazax rayonunun 7 kəndini nəzarət altında saxlayır.

3. Ermənistan Konstitusiyasında bu ölkənin parlamentinin "Dağlıq Qarabağ"ın Ermənistana birləşdiriməsinə dair 1 dekabr 1989-cu il tarixli qərarına istinad edən bənd mövcuddur.

4. Bu ölkə hələ də Qarabağı Azərbaycan ərazisi kimi tanımayıb.

5. Ermənistan tərəfi bu yaxınlara qədər etiraf edib ki, hələ də bu ölkənin Azərbaycan ərazisində, daha dəqiq desək, Qarabağ bölgəsində qoşunları yerləşir.

6. Ermənistanda Azərbaycana məxsus mədəni irs yer üzərindən silinib, Qarabağda isə kütləvi şəkildə məhv edilib.

Beləliklə, N.Paşinyanın ittihamlarının tam əksinə olan mənzərəni müşahidə edirik. N.Paşinyanın Azərbaycana qarşı ittihamları regiona sülh və sabitlik gətirməyəcək. İndi beynəlxalq ekpertlər mənə desin, hansı tərəf güc diplomatiyasından daha çox istifadə edib.

Yersiz təbliğat, amerikalı və avroplı siyasətçilərə şikayət etməkdən əl çəkmək və qarşlıqlı hörmət əsasında fikir ayrılıqlarını müzakirə etməkdən başqa alternativ yoxdur. Regionda söz sahibi məhz region ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan olmalıdır. Bu yeganə həll yoludur".

Son xəbərlər

Orphus sistemi