Fələstin səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
- 18 avqust, 2022
- 11:17
Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
“Report” xəbər verir ki, bu barədə mərkəzin rəsmi tviter səhifəsində məlumat verilib.
Əsas müzakirə mövzuları bu il iyunun 16-18-də keçirilən IX Qlobal Bakı Forumu, həmçinin mərkəzin sentyabrda Nyu-Yorkda keçiriləcək XXIV Yüksək Səviyyəli İclası və gələn il təşkil ediləcək X Qlobal Bakı Forumu olub.
Xatırladaq ki, sentyabrın 21-22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Sülh böhranı, təhlükəsizlik, dayanıqlı inkişafla bağlı çağırışlar və maraqlı tərəflərin buna cavabları” mövzusunda yüksək səviyyəli görüş keçiriləcək.
Today we welcomed Ambassador of the State of Palestine at our office. Discussing #IXGlobalBakuForum upcoming #XXIVHighLevelMeeting in New York and #XGlobalBakuForum pic.twitter.com/hm6TeZoIAp
— Nizami Ganjavi International Center - NGIC (@NizamiGanjaviIC) August 18, 2022