Fələstin səfiri: "BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsi beynəlxalq hüquq qaydaları prinsiplərinin qələbəsidir"

Fələstin səfiri: "BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsi beynəlxalq hüquq qaydaları prinsiplərinin qələbəsidir" Nəsir Əbdül Kərim: "Bu, ABŞ-a qarşı səsvermə deyildi"
Xarici siyasət
22 Dekabr , 2017 18:25
Fələstin səfiri: BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsi beynəlxalq hüquq qaydaları prinsiplərinin qələbəsidir
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul etməsi beynəlxalq hüquq qaydaları prinsiplərinin qələbəsidir.

Bu barədə "Report"a Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

Xatırladaq ki, dünən BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarını tanımamaqla bağlı qətnamə qəbul edib. Səsvermədə 128 ölkə sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb.

"Bu, beynəlxalq hüquq qaydaları prinsiplərinin, eləcə də böyük çoxluqla beynəlxalq siyasət vasitəsi kimi təhdidi qəbul etməyən beynəlxalq ictimaiyyətin iradəsinin qələbəsidir. Nəticədə belə taktikadan istifadə edənlər və beynəlxalq hüququ pozanlar təcrid olundu", - səfir deyib.

O bildirib ki, bu, ABŞ-a qarşı səsvermə olmayıb: "Daha çox beynəlxalq ictimaiyyətin əraziləri güc ilə qanunsuz işğal etməkdən imtina ilə bağlı hüquqi və mənəvi prinsiplərə sadiqliyini göstərən və dünya quruluşunun bundan sonra da güclünün istədiyini etdiyi cəngəllik qanunları ilə yox, qanununun aliliyi ilə nizamlanmasını təsdiq edən mövqeyini təsdiqləməsi olub. İsrail və ABŞ bu məsələdə qarşı tərəfdə təcrid olunmuş vəziyyətdə qaldı".

"Əl-Qüds işğal olunmuş ərazidir və BMT-nin, işğalçı güc - İsrail istisna olmaqla, bütün digər ölkələrin, hətta ABŞ-ın belə tanıdığı Fələstin dövlətinin ayrılmaz hissəsidir", - Nasir Əbdül Kərim vurğulayıb.

Son xəbərlər

Orphus sistemi