Estoniyanın Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

Xarici siyasət
  • 12 avqust, 2015
  • 10:00
Estoniyanın Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

Bakı. 12 avqust. REPORT.AZ/ Estoniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Yaap Oranın səlahiyyət müddəti başa çatır.

Diplomat "Report"a bildirib ki, onun missiyası avqustun 26-da başa çatacaq və vətəninə qayıdacaq.

Onun sözlərinə görə, bu vəzifəyə estoniyalı diplomat İmberq Kiverik təyin olunub. İ.Kiverik vəzifəsinin icrasına sentyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, Yaap Ora ötən ilin avqust ayından Estoniyanın Azərbaycandakı nümayəndəliyinin rəhbəridir.