Estoniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin yeni rəhbərinin adı məlum olub

Xarici siyasət
  • 07 iyun, 2018
  • 06:27
Estoniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin yeni rəhbərinin adı məlum olub

Bakı. 7 iyun. REPORT.AZ/ Estoniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin yeni rəhbərinin adına aydınlıq gəlib.

"Report" xəbər verir ki, bu ölkənin Bakıdakı yeni müvəqqəti işlər vəkili Vahur Soosaar olacaq.

O, bu vəzifədə bu ilin avqustunda Azərbaycanı tərk edəcək və Estoniya Xarici İşlər Nazirliyində işləyəcək İndrek Kiverik əvəzləyəcək.

Qeyd edək ki, bundan əvvəl V.Soosaar Estoniyanın Helsinkidə diplomatik missiyasının rəhbərinin müavini vəzifəsində çalışıb.