Yuxarı

Estoniya müvəqqəti işlər vəkilinin Azərbaycanda diplomatik missiyası başa çatıb

Bu gün Yaap Ora Azərbaycanı tərk edib

Bakı. 26 avqust. REPORT.AZ/ Estoniyanın müvəqqəti işlər vəkili Yaap Ora (Jaap Ora) Azərbaycandakı diplomatik missiyasını başa vurub.

"Report" xəbər verir ki, bu gün Y.Ora Azərbaycanı tərk edib.

Sentyabr ayının əvvəlində onun yerinə İmberq Kiverik gələcək. 

Qeyd edək ki, Yaap Ora ötən ilin avqust ayından Estoniyanın Azərbaycandakı nümayəndəliyinin rəhbəridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi