Ermənistan XİN: Azərbaycanla sülh sazişinə dair sənəd üzrə vahid mətnə nail olacağımıza ümid edirik

Ermənistan XİN: Azərbaycanla sülh sazişinə dair sənəd üzrə vahid mətnə nail olacağımıza ümid edirik Ermənistan və Azərbaycan arasında sülh sazişinə dair sənədin mətninin razılaşdırılması üzrə işlər davam edir.
Xarici siyasət
23 May , 2024 11:59
Ermənistan XİN: Azərbaycanla sülh sazişinə dair sənəd üzrə vahid mətnə nail olacağımıza ümid edirik

Ermənistan və Azərbaycan arasında sülh sazişinə dair sənədin mətninin razılaşdırılması üzrə işlər davam edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “24News” portalına müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hələ də bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, vahid mətnə ​​nail olmağın mümkün olacağına ümid var:

“Görüşlərdə biz hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq”.

Son xəbərlər

Orphus sistemi