Energetika və nəqliyyat üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası dekabrda Bakıda keçiriləcək

Energetika və nəqliyyat üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası dekabrda Bakıda keçiriləcək Dirk Şubel: "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Azərbaycanla əməkdaşlığı bərpa etdiyimizə görə şadıq"
Xarici siyasət
14 Oktyabr , 2016 16:00
Energetika və nəqliyyat üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası dekabrda Bakıda keçiriləcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Bu həftə Bakıda Azərbaycan-Aİ alt komitələrindən üçünün iclası olub. Alt komitə son 2,5 ildə ilk dəfə görüş keçirib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Azərbaycanla əməkdaşlığı bərpa etdiyimizə görə şadıq".

"Report" xəbər verir ki, bu sözləri Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Bakıda oktyabrın 12-də ədliyyə, azadlıq, təhlükəsizlik üzrə alt komitənin, oktyabrın 13-də insan hüquqları üzrə alt komitənin, oktyabrın 14-də isə insanlar arasında əlaqə alt komitəsinin iclası keçirilib.

"İclaslar çox konstruktiv və müsbət atmosferdə keçirilib. Bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu görüşlərdən müsbət nəticələr çıxara bilərik. Onlardan biri daha tez-tez görüşməyin zəruri olması ilə bağlıdır", - deyə D.Şubel bildirib.

Onun sözlərinə görə, energetika, nəqliyyat və ətraf mühit üzrə alt komitənin iclası isə dekabrın ortalarında Bakıda keçiriləcək. Həmin iclasda Azərbaycan və Avropa İttifaqı energetika, nəqliyyat sahəsində əməkdaşlıq məsələləri, o cümlədən "Cənub Qaz Dəhlizi layihəsi, eləcə də bir sıra regional nəqliyyat layihələri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi