Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyaya rəsmi səfərə yola düşüb.
Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, səfər çərçivəsində Elmar Məmmədyarovun Xorvatiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.