Elmar Məmmədyarov iki müavinini və xüsusi tapşırıqlar üzrə səfirləri cəbhə bölgəsinə göndərib

Elmar Məmmədyarov iki müavinini və xüsusi tapşırıqlar üzrə səfirləri cəbhə bölgəsinə göndərib Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Xarici siyasət
4 Aprel , 2019 17:45
Elmar Məmmədyarov iki müavinini və  xüsusi tapşırıqlar üzrə səfirləri cəbhə bölgəsinə göndərib

Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə xarici işlər nazirinin müavinləri - Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edib.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən bu səfərin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri və təmin edilmiş təhlükəsizlik vəziyyəti ilə yaxından tanışlıq olub. 

Səfər çərçivəsində Fizuli rayonunun Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılan abidə qarşısında əklil qoyulub, Cəbrayıl Rayon İcra Hakimiyyətinin iştirakı ilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilib, Cocuq Mərcanlı məscidinə baş çəkilib. Eyni zamanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüş keçirilib. Həmçinin aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.

"Ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət Azərbaycan diplomatları tərəfindən hər zaman dəstəklənir və ölkəmizin maraqlarının beynəlxalq müstəvidə daima layiqincə qorunması istiqamətində davamlı addımlar atılır", - XİN-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi