Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibi ilə görüşüb Görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
15 Mart , 2018 19:30
Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibi ilə görüşüb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnakı qəbul edib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulmasına dair sənədin təqdim edildiyini bildirən Urban Rusnak bu qanun layihəsinin enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə “Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacağını ifadə edib.

Azərbaycanın etibarlı tərəfdaş kimi enerji təhlükəsizliyində oynadığı rolu təqdir edilib və TANAP layihəsinin tezliklə fəaliyyətə başlayacağı qeyd olunaraq TAP layihəsi üzrə işlərin qrafik üzrə getdiyi diqqətə çatdırılıb.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sırasında enerji təhlükəsizliyi və təminatı məsələsinə xüsusi diqqət yetirdiyi və milli səviyyədə mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.

Həmçinin görüşdə qlobal enerji bazarında vəziyyət, neft bazarının sabitləşməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

Urban Rusnak təşkilatın gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlar və təsisatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi