​Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

​Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb Görüş əsnasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib
Xarici siyasət
26 Sentyabr , 2015 04:07
​Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ-dan Ceyms Uorlik, Rusiyadan İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik də iştirak edib.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib. 

Son xəbərlər

Orphus sistemi