Elman Abdullayev Efiopiyanın maliyyə və iqtisadi inkişaf naziri ilə görüşüb

Elman Abdullayev Efiopiyanın maliyyə və iqtisadi inkişaf naziri ilə görüşüb Səfir Azərbaycanın regionda lider olduğunu bildirib
Xarici siyasət
16 Dekabr , 2015 20:06
Elman Abdullayev Efiopiyanın maliyyə və iqtisadi inkişaf naziri ilə görüşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan səfiri Elman Abdullayev Efiopiyanın yeni təyin olunmuş maliyyə və iqtisadi inkişaf naziri Abduləziz Məhəmmədlə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı səfir E.Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə nazir A.Məhəmmədi təbrik edərək, yeni fəaliyyətində ona uğurlar arzulayıb.

Həmçinin, səfir E.Abdullayev Azərbaycanın əldə etdiyi uğurları barədə geniş məlumat verərək, ölkəmizin regionun əsas iqtisadi və sənaye mərkəzinə çevrildiyini vurğulayıb. Azərbaycanın regionda lider ölkə olduğunu qeyd deyən səfir E.Abdullayev ölkəmizin ixrac potensialının və investisiya imkanlarının geniş olduğunu və Azərbaycanın istehsalı olan keyfiyyətli məhsulların dünya bazarlarında rəqabət aparmaq iqtidarında olduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycan şirkətlərinin dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərdikləri də efiopiyalı rəsminin diqqətinə çatdırılıb.

Abduləziz Məhəmməd öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edib. Efiopiyalı nazir münasibətlərimizin inkişafı üçün səfərlər mübadiləsinin həyata keçirilməsi və hüquq-müqavilə bazasının yaradılması vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi