Əli Əlizadə: "Azərbaycan Pakistanla əlaqələrin inkişafında maraqlıdır"

Əli Əlizadə: "Azərbaycan Pakistanla əlaqələrin inkişafında maraqlıdır" “Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsini daha da artırmaq və iqtisadi əlaqələri gücləndirmək üçün ticarət və kənd təsərrüfatı sahələrində parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var”.
Xarici siyasət
213
9 Sentyabr , 2020 13:14
Əli Əlizadə: Azərbaycan Pakistanla əlaqələrin inkişafında maraqlıdır

“Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsini daha da artırmaq və iqtisadi əlaqələri gücləndirmək üçün ticarət və kənd təsərrüfatı sahələrində parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var”.

“Report” Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədri Əsəd Qasir Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.

Spiker Pakistan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun bu əlaqələrin möhkəmlənməsi üçün uyğun format ola biləcəyini qeyd edib.

Ə.Əlizadə isə öz növbəsində vurğulayıb ki, Azərbaycan da Pakistanla əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi