Baş Nazirin müavini
"Report"un xəbərinə görə, Ə.Əhmədov deyib ki, Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və Azərbaycan bunun inkişafında maraqlıdır.
Bildirilib ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür. Bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Baş Nazirin müavini xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq deyib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.
Səfir Örl Litzenberqer isə çıxışında qeyd edib ki, ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəkləyir.
O bildirib ki, Azərbaycanın regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir. Bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq ABŞ hökuməti tərəfindən müsbət dəyərləndirilir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.