“Qoşulmama Hərəkatına üzv ölkələrdən yalnız Azərbaycan bu dövlətlərarası təşkilatın qəbul edilmiş bütün normalarına riayət edir. Azərbaycan böyük dünya oyunçuları arasında manevr edir və heç bir hərbi bloka qoşulmur”.
Bu barədə “Report”a beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Ekspertin fikrincə, Azərbaycan həm Qərb ölkələri, həm də Avrasiya Əməkdaşlıq Təşkilatı ölkələri, ilk növbədə Rusiya ilə əməkdaşlıq etməyə çalışır. “Lakin bu zaman heç bir dövlətə üstünlük verilmir. Azərbaycan öz yolu ilə hərəkət edir. Ölkə başçısınının dünyanın güclü ölkələri arasında manevr etmək və bu zaman ölkənin milli maraqlarına xidmət etmək bacarığı çox şeyə dəyər”, - o deyib.
“Rəsmi Bakının hazırda beynəlxalq arenaya çıxan istənilən təşəbbüsü kifayət qədər əsaslıdır”, - Y.Mixaylov deyib.
Ekspertin fikrincə, Azərbaycan ilk növbədə Qoşulmama Hərəkatında bütün türk dünyasını təmsil edir. “Türk dünyasının bir çox ölkələri rəsmi Bakının bu təşkilatda necə sədrlik etdiyini izləyir, hansısa ölkə müşahidəçi statusu alır, hansısa ölkə artıq qoşulmaq istəyir. Məhz Azərbaycanın səyləri nəticəsində təşkilat güclənməkdə davam edəcək”, - politoloq qeyd edib.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının konfransında çıxış edib.