Ekspert: "Azərbaycan-Pakistan birbaşa uçuşu ticarət əlaqələrini artıracaq"

Ekspert: "Azərbaycan-Pakistan birbaşa uçuşu ticarət əlaqələrini artıracaq" "Bakıya Kəraçi və Lahordan müntəzəm uçuşlara başlanması Azərbaycanla Pakistan arasında münasibətlərdə yeni mərhələ deməkdir".
Xarici siyasət
17 Mart , 2022 17:17
Ekspert: Azərbaycan-Pakistan birbaşa uçuşu ticarət əlaqələrini artıracaq

"Bakıya Kəraçi və Lahordan müntəzəm uçuşlara başlanması Azərbaycanla Pakistan arasında münasibətlərdə yeni mərhələ deməkdir".

Bunu “Report”a Pakistanın Qlobal və Strateji Dayanıqlı İnkişaf İnstitutunun (GSISD) icraçı direktoru Qeysər Nəvvab Lahor və Bakı arasında ilk aviareysi şərh edərkən bildirib.

“Azərbaycan Pakistanın xarici siyasətində xüsusi yer tutur. Hər iki qardaş ölkə tarixən həmişə mühüm məsələlərdə bir-birinə dəstək olublar”, – deyə o qeyd edib.

“Pakistanın iki şəhərindən Azərbaycana birbaşa uçuşların başlanması xəbərini uzun müddətdir gözləyirdik. Bunun nəticəsində sərnişinlər dəyərli vaxtlarına qənaət edəcəklər, həmçinin yol haqqı azalacaq” – deyən ekspertin fikrincə, birbaşa uçuşlar iki qardaş xalqın daha yaxından təmas qurmasına gətirib çıxaracaq. O, hər iki ölkənin böyük turizm potensialına da malik olduğunu xatırladıb.

“Birbaşa uçuşlar iki ölkə arasında işgüzar, ticarət əlaqələrini də gücləndirəcək. Pakistan məhsulları Azərbaycan bazarına, Azərbaycan məhsulları Pakistan bazarına daha asan çıxarılacaq. Əhali sayına görə ən böyük ölkələr arasında olan Pakistan Azərbaycan məhsulları üçün geniş potensiala malik bazardır” – deyə ekspert qeyd edib.

Xatırladaq ki, “Pakistan İnternational Airlines” şirkəti bu həftədən etibarən Lahor və Kəraçidən Bakıya müntəzəm uçuşlara başlayıb. “Azərbaycan Hava Yolları” (AZAL) da Bakıdan Lahora uçuşlar təşkil etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi