"Azərbaycan və Türkiyə özəl sektoru erməni işğalçılarının viran qoyduğu torpaqlarda müştərək bərpa və quruculuq layihələri həyata keçirəcəklər".
Bunu “Report”a müsahibəsində Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.
“Azərbaycana tam dəstəyini nümayiş etdirən Türkiyə əvvəlkitək regionun inkişafına töhfələrini verir. İnanıram ki, Türkiyə və Azərbaycan bütün dünyaya qardaşlıq, birlik, dostluq nümunəsi göstərirlər” – deyə ekspert qeyd edib.
Füzuli Beynəlxalq Hava Limanının açılışına toxunan beyin mərkəzi rəhbərinin fikrincə, yeni hava limanı region üçün mühüm haba çevriləcək: “Fikrimcə, bu son hadisə Qarabağın inkişafı baxımdan mühüm rol oynamaqla, iqtisadi artıma təkan verən amil olan turizm sektorunun da inkişafına dəstək olacaq”.
“Azərbaycan hökuməti azad edilən ərazilərin bərpası üçün fədakarlıqla çalışır. Azad olunmuş bölgələr hazırda Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində əlamətdar olan yeni mərhələyə daxil olur” – deyə pakistanlı ekspert vurğulayıb.