Əfqanıstanın Azərbaycandakı Səfirliyi Tehrandakı terroru pisləyib

Əfqanıstanın Azərbaycandakı Səfirliyi Tehrandakı terroru pisləyib "Əfqanıstanın Azərbaycandakı Səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, Azərbaycan Xarici İşlər Nazirliyinə öz dərin kədərini ifadə edir".
Xarici siyasət
27 Yanvar , 2023 17:41
Əfqanıstanın Azərbaycandakı Səfirliyi Tehrandakı terroru pisləyib

"Əfqanıstanın Azərbaycandakı Səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, Azərbaycan Xarici İşlər Nazirliyinə öz dərin kədərini ifadə edir".

Bu barədə "Report"a Əfqanıstanın Azərbaycandak Səfirliyindən bildirilib.

"Həlak olan Səfirlik əməkdaşının ailəsinə başsağlığını ifadə edir, uca Allahdan yaralananların şəfası üçün dua edirik", - səfirliyin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi