Əfqanıstan XİN: Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik

Əfqanıstan XİN: Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik Əfqanıstanla Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir.
Xarici siyasət
21 Sentyabr , 2020 13:12
Əfqanıstan XİN: Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik
0 : 00
0 : 00

Əfqanıstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Eyni zamanda Əfqanıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Bu barədə “Report”a Əfqanıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda həmçinin Lapis-Lazuli nəqliyyat dəhlizi işə salınandan sonra iki ölkə arasında daha geniş əməkdaşlıq imkanlarının açılacağı da qeyd olunub: “Nəqliyyat, tranzit, rabitə məsələlərilə bağlı Əfqanıstan, Azərbaycan və Türkmənistanın müvafiq işçi qrupları arasında ilk görüş 2020-ci il iyulun 27-də keçirilib. Əsas məqsəd kommersiya yüklərinin daşımalarında qarşılıqlı dəstəkdir”.

Bununla yanaşı, cari ilin iyun ayında Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün Əfqanıstan tərəfinə humanitar yardım şəklində 22,76 ton dava-dərman verdiyi də xatırlanıb.

Son xəbərlər

Orphus sistemi