Əfqanıstan XİN Azərbaycan sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib

Əfqanıstan XİN Azərbaycan sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib “Hazırda 120 azərbaycanlı hərbçi Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası mandatı çərçivəsində xidmət edir"
Xarici siyasət
566
21 Sentyabr , 2020 15:47
Əfqanıstan XİN Azərbaycan sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib
0 : 00
0 : 00

Kabil Azərbaycan sülhməramlılarının Əfqanıstanda olmasını yüksək qiymətləndirir.

Bu barədə “Report”a Əfqanıstan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Hazırda 120 azərbaycanlı hərbçi Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası mandatı çərçivəsində xidmət edir. Onların faktiki vəzifələri Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçmək, məsləhətlər vermək, yardım göstərmək və dəstək olmaqdır. Azərbaycan hərbçiləri digər ölkələrin qoşunları ilə birlikdə Əfqanıstanın müxtəlif şəhərlərində fəaliyyət göstərirlər”, - XİN-dən bildiriblər.

Əfqanıstanda sülhün bərqərar olması ilə bağlı danışıqlar məsələsini şərh edən nazirlikdən Əfqanıstan və qonşu ölkələrdəki nüfuzlu qüvvələrin ölkədə barışıq əldə etmək üçün əməkdaşlıq etməsi şəraitində Əfqanıstanda sülhün əldə ediləcəyi vurğulanıb.

Əfqanıstan XİN sülh və barışığa maneələr arasında “Taliban” silahlılarını dəstəkləyən və Əfqanıstanda sülhün bərpası mövzusunda konsensus əldə edə bilməyən ayrı-ayrı xarici ölkələri, Əfqanıstanda sülh barəsində “Taliban” silahlıları arasında fikir ayrılıqlarının olmasını, “Taliban” və Əfqanıstan hökuməti arasında sülh əldə edilməsi ilə bağlı ortaq nəzər nöqtəsinin olmamasını göstərib.

Son xəbərlər

Orphus sistemi