Yuxarı
    Bağlamaq

    Dövlət departamenti: ABŞ Azərbaycan Prezidentinin əfv qərarını alqışlayır

    Biz Azərbaycanı bu istiqamətdə əlavə addımlar atmağa çağırırıq

    Bakı. 20 mart. REPORT.AZ/ ABŞ Azərbaycan qeyri-hökumət təşkilatlarının 4 xadiminin azadlığa buraxılmasını alqışlayır. "Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Cen Psakinin bəyanatında deyilir. 

    "Biz Azərbaycanı yaxın aylar ərzində bu istiqamətdə əlavə müsbət addımlar atmağa çağırırıq", - C.Psakinin bəyanatında qeyd olunub. 

    Xatırladaq ki, martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev 101 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi