Bakı. 22 may.
“Report”un xəbərinə görə, bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Avropa Parlamenti Azərbaycanın üzləşdiyi problemlə bağlı dərin narahatlıq keçirir: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir və əməkdaşlıqda buna yüksək qiyməti verir.
Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanın oynadığı rolu yüksək qiymətləndiririk. Hesab edirik ki, Azərbaycan Avropa ilə islam dünyası arasında körpü rolunu oynaya bilər. Biz buna ümid edirik”.