Deputat: Azərbaycanın APA-nın plenar sessiyasına sədrlik etməsinin xüsusi mənası var
- 28 fevral, 2025
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
107 il əvvəl parlamentli respublikanı quran Azərbaycanın Asiya Parlament Assambleyasının (APA) plenar sessiyasına ev sahibliyi etməsinin xüsusi mənası var.
“Report”un məlumatına görə, bunu deputat Rizvan Nəbiyev deyib.
O qeyd edib ki, regionda yaranmış yeni reallıqlar fonunda daha da aktivləşən Milli Məclisin parlament diplomatiyası Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində öz mövqeyini ortaya qoydu.
“Milli Məclisin sədrliyi ilə Asiya Parlament Assambleyasının İcraedici Şurasının, 4 Komitəsinin iclasları və Plenar sessiyası başqa sözlə APA-nın Sammiti keçirildi. APA-nın təşkilat kimi gücləndirilməsi ilə bağlı institusional sahədə ciddi uğurlar əldə edildi, sıraları genişləndi. Təşkilatın maliyyələşdirilməsi ilə bağlı 15 ildən artıq gedən diskussiyalara son qoyuldu, vahid bir ödəniş formulu razılaşdırıldı. Digər vacib bir məqam artıq əhali nisbətindən, təmsil olunduğu deputat sayından asılı olmayarq, bütün üzv dövlətlərin bir səslə təmsil olunması razılaşdırıldı”, - o deyib.