“Daily Times” qəzetində “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir” adlı məqaləsi dərc olunub

“Daily Times” qəzetində “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir” adlı məqaləsi dərc olunub Məqalədə Azərbaycanın regionda əsas sərmayəçi və donor ölkə olduğu da bildirilib
Xarici siyasət
24 Dekabr , 2014 09:51
“Daily Times” qəzetində “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir” adlı məqaləsi dərc olunub

Bakı. 24 dekabr. REPORT.AZ/ Pakistanda və eyni zamanda Pakistanlıların sıx yaşadığı Yaxın Şərq ölkələri və Böyük Britaniyada böyük oxucu kütləsinə malik “Daily Times” qəzetində qəzetin İslamabad bürosunun rəhbəri Dure Nəcəf Zaidinin “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir” adlı məqaləsi dərc olunub. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhranla üzləşən Azərbaycanın parlaq gələcəyinə inananların sayı çox az idi sözləri ilə başlayan məqalədə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qafqazda aparıcı qüvvə olduğu bildirilib. Vurğulanıb ki, İlham Əliyevin 11 illik prezidentlik dövründə Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edib, dünyanın ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olub.

Dure Nəcəf Zaidi, müstəqilliyini yeni əldə etmiş Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığı və atəşkəs sazişinin imzalanmasından sonra bütün qüvvələrini iqtisadiyyatının inkişafına cəmləşdirdiyini vurğulayıb. Qeyd edib ki, 1994-cü ildə Qərbin neft şirkətləri ilə Xəzər dənizinin hidrokarbon ehtiyatlarının istismarına dair aparılmış danışıqlar Əsrin Kontraktının imzalanması ilə nəticələnib. Bu danışıqlarda İlham Əliyevin aparıcı rol oynadığı vurğulanıb.

Jurnalist, Azərbaycanda enerji resurslarından əldə edilmiş gəlirlərin Dövlət Neft Fondunda cəmləşdirilərək qeyri-neft sektorunun inkişafı və sosial problemlərinin həllinə yönəldildiyini və qısa bir müddət ərzində iqtisadiyyatın diversifikasiyası istiqamətində böyük nailiyyətlər əldə edildiyini oxucuların diqqətinə çatdırıb.

Məqalədə, eyni zamanda, Azərbaycanın regionda əsas sərmayəçi və donor ölkə olduğu da bildirilib.

Müəllif Prezident İlham Əliyevin humanitar sahəyə böyük önəm verdiyini, elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə qayğı göstərdiyini qeyd edərək, bir neçə il öncə irəli sürülmüş “qara qızılı insan kapitalına çevirək” tezisinin reallığa çevrildiyini və dövlət proqramı üzrə minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın aparıcı universitetlərində təhsil aldığını vurğulayıb.

Yazıda, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, dinamik və ölkənin maraqlarına xidmət edən xarici siyasət yürütdüyü qeyd olunmuş və Azərbaycanın xarici siyasət uğurları, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən bəhs edib.

Məqalədə, İlham Əliyevin Azərbaycan ilə Pakistan arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verdiyi də qeyd olunub.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

http://www.dailytimes.com.pk/national/24-Dec-2014/ilham-aliyev-our-strength-is-in-unity

Son xəbərlər

Orphus sistemi